nav-icon

Muhəmməd peyğəmbər -səllallahu aleyhi və səlləm- İslam ümmətinin düzdanışan və etibarlı tacirlərini müjdələyib demişdir: “Düzdanışan, etibarlı, müsəlman tacir Qiyamət günü peyğəmbərlərlə, siddiqlərlə və şəhidlərlə bir yerdə olacaq.” (“Sunən ət-Tirmizi”, 1209; “Sunən İbn Macə”, 2139; “Mustədrək əl-Hakim”, 2/6; “Sunən əl- Beyhəqi”, 5/266; Təbərani “Mocəm əl-Ovsat”, 8/192/7390; “Mus- nəd əd-Darimi”, 2539; “Sunən əd-Daraqutni”, 3/7/17; “Silsilə əl- Əhadis əs-Səhihə”, 3453; “Səhih ət-Tərğib vət-Tərhib”, 1783) Bu hədis bizə, düz danışan tacirin axirətdə nicat tapacağını, onun peyğəmbərlərə, siddiqlərə və şəhidlərə yaxın olacağını, yalançının isə günahkar, fasiq və asi insanlarla həşr olunacağını xəbər verir. ( Tiybi, “Şərh aləl-Mişkat”, 2/2119) Əlbəttə ki, ticarət əsnasında düzdanışan və müştərini aldatmayan müsəlman tacir cənnətlik olacaq. Çünki düz danış- maq insanı Cənnətə, yalan isə onu Cəhənnəmə aparır. Bu xüsus- da, Peyğəmbər -səllallahu aleyhi və səlləm- belə buyurmuşdur: “Doğru söz danışın! Çün- ki doğruluq adamı yaxşı işlər görməyə yönəldir. Yaxşı işlər isə adamı Cənnətə aparır. Adam o qədər doğru danışır ki, nəhayət, Allah yanında doğruçu sayılır. Yalan danışmaqdan çəkinin! Çünki yalan adamı günah işlərə yönəldir. Günah işlər isə ada- mı Cəhənnəmə aparır. Adam o qədər yalan danışır ki, nəhayət, Allah yanında yalançı sayılır.” Doğru danışanların Cənnətlik olması barədə Quranda belə buyurulur: “Allah buyurdu: “Bu, doğru danışanlara doğruluq- larının fayda verəcəyi gündür! Onlar üçün ağacları altından çaylar axan və içində əbədi qalacaqları Cənnət bağları hazırlan- mışdır.” Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Bu, böyük uğurdur” (“əl-Maidə” surəsi, 119).

Yalançılar barədə deyilir: “Göylərin və yerin hökmranlığı ancaq Allaha məxsusdur. Qiyamət qopacağı gün – məhz o gün yalan danışanlar ziyana uğrayacaqlar” (əl-Casiyə, 27) Peyğəmbər -səllallahu aleyhi və səlləm- həmçinin demişdir: “Altı şeyi yerinə yetirəcə- yinizə dair mənə zəmanət verin, Cənnətə girəcəyinizə dair sizə zəmanət verim: danışdıqda düz danışın, vəd verdikdə onu ye- rinə yetirin, sizə əmanət verilərsə, onu yiyəsinə qaytarın, ayıb yerlərinizi zinadan qoruyun, gözünüzü haram buyurulanlardan çevirin və bir də əlinizlə heç kəsə əziyyət verməyin.” (“Musnəd İmam Əhməd”, 5/323; “Silsilətul-Əhadisis-Səhihə”, 1470) Başqa bir hədisdə Peyğəmbər  demişdir: “Qiyamət günü ta- cirlər günahkar olduqları halda məhşərə toplanacaqlar. Yalnız Allahdan qorxan, yaxşılıq edən və düzdanışanlar istisnadır.” (“Sunən ət-Tirmizi”, 1210; “Sunən İbn Macə”, 2146; “Musnəd əd- Darimi”, 2/247; “Silsilə əl-Əhadis əs-Səhihə”, 994) Yenə bir hədisdə xəbər verilir ki, Peyğəmbər -səllallahu aleyhi və səlləm- : “Tacirlər gü- nahkardırlar”– demiş və səhabələr ondan: “Ya Rəsulullah, məgər Allah alış-verişişi halal buyurmayıbmı?”– deyə soruşduqda, o, belə cavab vermişdir: “Elədir, lakin onlar (günahkar tacirlər) alış- veriş etdikdə yalan danışır və and içib günah qazanırlar.” (“Musnəd İmam Əhməd”, 3/428; “Silsilə əl-Əhadis əs-Səhihə”, 366) Doğru danışmaq müsəlman tacirə təkcə axirətdə deyil, bu dünyada da fayda verir. Belə ki, ticarətdə düzgünlük olduqda, Allah o ticarətə bərəkət verir. Bu xüsusda, Peyğəmbər -səllallahu aleyhi və səlləm- belə demişdir: “Alıcı və satıcı bir-birindən ayrılanadək ixtiyar sa- hibidirlər (ayrılanadək alıcı aldığını, satıcı da satdığını geri qaytara bilər). Əgər onlar düz danışsalar və bəyan etsələr, (malın keyfiyyətini və nöqsanını, şərtləri və iradları bəyan etsələr) alış-verişləri bərəkətli olar. Yox, gizlətsələr və yalan da- nışsalar, alış-verişlərinin bərəkəti gedər.” (“Səhih əl-Buxari”, 2079; “Səhih Muslim”, 1532)

Demək, ticarətdə düz danışmaq bərəkətli ruzi əldə etməyə,
yalan danışmaq isə xeyir-bərəkətdən məhrum olmağa səbəbdir.
Hər bir müsəlman tacir istəyər ki, yalan danışmaq və xəyanət
etmək kimi yaramaz xislətlərdən uzaq olsun və nəhayət, Qiyamət
günü peyğəmbərlərlə, siddiqlərlə və şəhidlərlə birlikdə Cən-
nətə getsin. Bunun üçün o, yaradılışının qayəsini bilməlidir. İnsa-
nın yaradılışının qayəsi isə, Rəbbinə ibadət etməsi və heç nəyi
Ona şərik qoşmamasıdır. Bu xüsusda, Quranda belə buyurulur:
“Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün
yaratdım.” (“əz-Zariyat” surəsi, 56)
“Halbuki onlara, dini məhz Allaha məxsus edərək, həniflər
kimi ibadət etmək, namaz qılmaq və zəkat vermək əmr olun-
muşdu. Doğru din də elə budur!” (“əl-Bəyyinə” surəsi, 5)
Ayələrdən aydın başa düşülür ki, insan Allaha ibadət etmək
üçün yaradılıb. İnsan vaxtlı-vaxtında və doğru-düzgün namaz
qılmalı, üstəlik, malının zəkatını verməlidir ki, bu iki əzəmətli
ibadət sayəsində Allah onu yaramaz əməllərdən qorusun və onu
təmizə çıxartsın. Bu xüsusda, Quranda belə buyurulur:
“Həqiqətən də, namaz insanı çirkin və yaramaz əməllərdən
çəkindirir.” (“əl-Ənkəbut” surəsi, 45)
“Onların mallarından zəkat götür ki, bununla onları pak
edib təmizə çıxarasan.” (“ət-Tovbə” surəsi, 103)

Bunlara baxa bilərsən

prev-arrow next-arrow
Peğəmbərin (səllallahu aleyhi və səlləm) vəsfi
Peğəmbərin (səllallahu aleyhi və səlləm) vəsfi
eye 361
heart 52
Peğəmbərin (səllallahu aleyhi və səlləm) vəsfi
Elm öyrənməzdən əvvəl ədəb-əxlaq öyrənmək
Elm öyrənməzdən əvvəl ədəb-əxlaq öyrənmək
eye 301
heart 45
Elm öyrənməzdən əvvəl ədəb-əxlaq öyrənmək
Namazda əlləri sinədə tutmaq
Namazda əlləri sinədə tutmaq
eye 312
heart 48
Namazda əlləri sinədə tutmaq
Kərbəla faciəsi
Kərbəla faciəsi
eye 238
heart 54
Kərbəla faciəsi
Yaramaz əməlin anası
Yaramaz əməlin anası
eye 237
heart 49
Yaramaz əməlin anası