nav-icon

Hicrətin 60-cı ilində İraq əhli Hüseynin Yezid ibn Müaviyəyə beyət etmədiyindən xəbər tutduqda Hüseynin yanına nümayən- dələr və məktublar göndərib yalnız ona beyət edəcəklərini, Yezidi, onun atasını, Osmanı, Öməri və Əbu Bəkri yox, məhz Əlini və onun övladlarını istədiklərini bildirdilər. Bu ərəfədə Hüseynə beş yüzdən artıq məktub gəlmişdi. Belə olduqda həzrəti Hüseyn işləri yoluna qoymaq, beyətin həqiqət olub-olmadığını öyrənmək və bu haqda ona ətraflı məlumat göndərmək məqsədilə öz əmisi oğlu Muslim ibn Əqili onların yanına göndərdi. Muslim ibn Əqil dost- ları – Abdurrəhman ibn Abdullah əl-Ərhəbi, Qeys ibn Mishər əs- Səydavi və İmarə ibn Ubeyd əs-Səluli ilə birlikdə Kufəyə yollandı. Mədinəyə yetişdikdə Muslim özlərinə iki bələdçi tutdu. Yolda üzləşdikləri çətinliklərdən dolayı Muslim Hüseynə məktub yazıb geri qayıtmaq üçün izn istədi, lakin Hüseyn buna razılıq vermədi və israr edib ondan Kufəyə getməyini tələb etdi.1 Muslim Kufəyə gəlib çatdıqda Muxtar ibn Əbu Ubeydin evində qonaq qaldı. Lakin ibn Ziyadın Kufəyə gəldiyini eşitdikdə Hani ibn Urvanın evinə getdi. Nəhayət, Muslim camaatın Hüseynə beyət etmək istədiyini yəqin etdi. Beləliklə, on iki min nəfər Hüseynə sadiq qalacaqlarını bildirmək məqsədilə Hani ibn Urvanın evində Muslimə beyət etdi- lər. Beyətdən sonra Muslim ibn Əqil Hüseynə məktub göndərdi. Məktubda deyilirdi: “Bunlar yalan danışmırlar. Kufəlilərin hamısı sənin tərəfindədir. Məktubum sənə çatan kimi durma gəl!” Bu söz- lərdən sonra Hüseyn kufəlilərin ona sadiq qalacaqlarını yəqin etdi və Kufə əhlinə belə bir məktub yazdı: – Mən əhli-beytimdən etibar elədiyim əmim oğlunu sizin yanı- nıza göndərmişdim ki, sizin fikrinizi öyrənib mənə bir xəbər yollasın. O da sizin eyni fikirdə olduğunuzu mənə bildirdi. İnşallah mən də sizə qovuşacağam.” Bu beyətdən xəbər tutan Kufə valisi Nomən ibn Bəşir əl-Ən- sari vəziyyətin gərginləşəcəyini başa düşdü və camaatın qarşısına çıxıb belə bir xütbə verdi: – Allahdan qorxun, ey Allahın qulları! Fitnə-fəsad törətmək- dən və firqələrə bölünməkdən çəkinin! Çünki belə hadisələrdə kişilər öldürülür, qan su yerinə axır və kimlərinsə varı-dövləti qəsb edilir. Mənə gəlincə, bilin ki, mənə qarşı vuruşmayanlarla mən vuruşmayacağam, mənə hücum etməyənə mən hücum etmə- yəcəyəm. Habelə sizinlə dilləşməyəcəyəm və sizə sataşmayaca- ğam. Həmçinin heç kəsə nifrət bəsləməyəcəyəm, heç kəsin ba- rəsində pis zənn etməyəcəyəm və heç kəsi ittiham etməyəcəyəm. Yox əgər mənə pis münasibət göstərsəniz, beyətdən boyun qaçır- sanız və əmirə müxalif olsanız, bilin ki, Özündən başqa məbud ol- mayan Allaha and olsun ki, qılıncımı götürüb son nəfəsədək sizin- lə vuruşacağam. Mən istəyirəm ki, aranızdan haqqı bilənlərin sayı batili dəstəkləyənlərdən daha çox olsun!”1 Əməvilərdən Abdullah ibn Muslim əl-Hədrəmi bu xütbəni eşidəndən sonra Nomən ibn Bəşirin yanına gəlib ona etirazını bildirdi və dedi: “Belə xütbə iradəsi zəif olanlara məxsusdur. Sən onlara öz gücünü göstərməlisən”. Lakin Nomən ibn Bəşir  onun bu təklifini rədd etdi. Nomənin bu mövqeyi Yezidin xoşuna gəlmədi və onu tutduğu vəzifədən azad etdi, yerinə də Ubeydullah ibn Ziyadı təyin etdi, üstəlik ona belə bir məktub yazdı: “Adamlarım mənə xəbər göndər- mişlər ki, ibn Əqil Kufədə camaatı başına yığmış və müsəlmanları parçalamaq fikrinə düşmüşdür. Məktubum sənə çatan kimi Kufə əhlinin yanına get və onlardan ibn Əqili sənə təslim etməyi tələb et. Onun qarşısını almaq üçün əlindən gələni et....”2 Məktub ibn Ziyada çatan kimi o, qardaşı Osmanı öz yerinə (Bəsrəyə) vali təyin etdi, son- ra da özü ilə bir dəstə adam götürüb Kufəyə yollandı.3 Ubeydullah ibn Ziyad Kufəyə gəldikdən sonra öz casuslarını hər tərəfə yollayıb Muslim ibn Əqil barəsində xəbər toplamağa başladı.

O, Şam əhlin- dən olan Məqəl adlı birisinə üç min dirhəm verib dedi: “Al bu pulu, get Muslim ibn Əqili tap!” Məqəl pulu götürüb məscidə gedib na- maz qılan bir nəfərin yanına gəldi. Adam namazını qılıb qurtar- dıqdan sonra Məqəl ona yaxınlaşıb dedi: “Qurbanın olum, mən Şam əhlindənəm, filankəsin mövlasıyam. Allah mənə Rəsulullahın  əhli-beytini sevməyi, habelə onları sevənləri də sevməyi nəsib edib. Bu üç min dirhəmi əhli-beytdən olan birisinə hədiyyə etmək istəyirəm. Eşitmişəm ki, Hüseyn ibn Əlinin yaxınlarından biri bu məmləkətə təşrif buyurub. Bəlkə onun yerini mənə deyəsən, bu pulu ona verim, o da onu öz ehtiyaclarına sərf eləsin”. Adam dedi: “Nə üçün sən bu məsciddə məhz mənə yaxınlaşdın?” Məqəl dedi: “Çünki sənin üzündən xeyirxahlıq yağır, sən əhli-beytə yaxın olan adama oxşayırsan”. Adam dedi: “Vay sənin halına! Sən artıq özünü ifşa elədin. Mən səni tanıyıram, bilirəm nə üçün gəlmisən.” Məqəl ona yalvarıb bu haqda heç yerdə danışmamağı xahiş etdi və oradan uzaqlaşdı. Nəhayət, o, Muslim ibn Əqili tapdı və onun məclisində iştirak etmək ona müyəssər oldu. O, axşama qədər məclisdə oturub oradakı söhbətləri dinlədi, sonra da Ubeydullah ibn Ziyadın yanına gedib onların məqsədlərini ona bildirdi. Beləliklə, ibn Ziyad Mus- limin Hani ibn Urvanın evində qaldığını, öz tərəfdarları ilə məhz orada yığışdıqlarını öyrəndi.1 Bundan sonra ibn Ziyad Muhəmməd ibn Əşəsi və Əsma ibn Xaricəni yanına çağırıb onlardan Hani barə- də xəbər aldı. Sonra onlardan Hanini onun yanına gətirməyi tələb etdi. Onlar da Haninin yanına gedib onu ibn Ziyadın yanına gətir- dilər. İbn Ziyad onu görəndə dedi: “Sən Muslim ibn Əqili öz evinə gətirmisən, üstəlik camaatı da ora yığmısan ki, ona beyət etsinlər?!” Hani dedi: “Mən belə bir iş tutmamışam və bunlardan xəbərim yoxdur”. Onda ibn Ziyad Məqəli çağırtdırdı. Məqəl onun yanına daxil olduqda ibn Ziyad Haniyə dedi: “Bunu tanıyırsan?” Hani bu adamın casus olduğunu anladıqda ibn Ziyada dedi: “Düz de- yirsiniz, ya əmir. Amma mən Muslimi evimə dəvət etməmişdim, onun hansı yolla mənim evimə gəldiyindən də xəbərim yoxdur. İzn ver gedim onu evimdən çıxardım!” İbn Ziyad dedi: “Xeyr, sən onu mənim yanıma gətirməlisən.” Hani dedi: “Qonağımı sənə təslim etmək mənə yaraşarmı? Vallahi, mən bunu etməyəcəyəm”. İbn Ziyad əlindəki ağacla Haninin üzünə vurdu və onun üz-gözünü al- qana boyadı, sonra da onu zindana atdırdı.1 Muslim ibn Əqil Haninin ələ keçdiyindən xəbər tutduqda beyət edən adamların hamısını bir yerə topladı. Bu minvalla kufə- lilərdən dörd min nəfər onun ətrafına toplaşdı. Muslim dörd min- lik ordu ilə ibn Ziyadın qəsrinə yaxınlaşdı və onu mühasirəyə aldı. Bundan xəbər tutan Ubeydullah ibn Ziyad kufəlilərin ziyalılarını onların qarşısına çıxartdı. Ziyalılar onları Şam ordusu ilə qorxut- mağa başladılar, üstəlik şirnikləndirdilər də. Hətta beyət edənlərin qadınları da məsələyə müdaxilə edib Muslimdən uzaq durmağı onlara nəsihət edirdilər. Bu təhdidlərdən və vədlərdən sonra camaat Muslimin ətrafından dağılışıb getməyə başladı və axırda onun yanında cəmi üç yüz nəfər adam qaldı. Günbatana yaxın isə artıq Muslim ibn Əqil tək qalmışdı.2 Bundan sonra Muslim ibn Əqil bir qadının evində sığınacaq tapdı. Qadının oğlu Muhəmməd ibn Əşəsin mövlası idi. Odur ki, dərhal gedib onun yerini Muhəm- mədə xəbər verdi. Muhəmməd də öz növbəsində bunu ibn Ziyada bildirdi. İbn Ziyad da öz adamlarını onun dalınca göndərdi. İbn Ziyadın adamları Muslimi tutub aparanda o ağlamağa başladı. İbn Ziyadın adamları ona: “Sənin kimi adam gərək ağlamasın”- de- yəndə, Muslim dedi: “Vallahi, mən özümə görə ağlamıram. Mən Kufəyə üz tutmuş Hüseynə və onun əhli-beytinə görə ağlayıram”. Bunu deyəndən sonra Muslim Muhəmməd ibn Əşəsdən Hüseynə məktub göndərmək üçün izn istədi.

Muhəmməd də İyas ibn Abbası yanına çağırıb Muslimin məktubunu Hüseynə çatdırmağı ona
tapşırdı. Məktubda deyilirdi:
– Ey Hüseyn! Ailənlə birgə geri qayıt! Qoy kufəlilər səni al-
datmasın! Çünki onlar sənə də, mənə də yalan söyləmişlər. Yalan-
çının isə qəti qərarı ola bilməz!”1
Bundan sonra Muslimi ibn Ziyadın yanına gətirdilər və ibn
Ziyad ona: “Mən səni edam edəcəyəm”- dedi. Muslim dedi: “Elə
isə izn ver yaxınlarıma vəsiyyət edim.” İbn Ziyad ona izn verdikdən
sonra o, ibn Ziyadın yanında oturan Ömər ibn Səd ibn Əbu Vəqqası
bir kənara çəkib dedi: “Ey Ömər! Kufəlilərdən birisinə mənim yeddi
yüz dirhəm borcum var, bunu ödəyə bilərsənsə, ödə.2 Mən öləndən
sonra meyidimi Hüseynə göndər...” Ömər onun dediklərini ibn
Ziyada bildirdi və ibn Ziyad buna etiraz etmədi. Sonra Muslimi
edam etmək üçün onu qəsrin kəlləsinə qaldırdılar. Qalxa-qalxa o,
“Allahu Əkbər”,3 “Lə ilahə illəllah”,4 “Sübhanəllah”,5 “Əstəğfirul-
lah”6 deyir və belə dua edirdi: “Allahım, bizimlə bizi aldadan və
bizi qoyub qaçan tayfa arasında Sən Özün hökm ver!” Nəhayət,
qəsrin kəlləsinə çatdıqda Bəkir ibn Həmran adlı birisi onun boynu-
nu vurdu, başını bədənindən ayırdı. Beləliklə də, Ərafa günü
Muslim ibn Əqili qətlə yetirdilər.7
Buna rəğmən sərtürəkli, əzazil, zalım ibn Ziyadın ürəyi
soyumadı, üstəlik Hani ibn Urvanın qətlinə də hökm verdi. Hanini
bazara gətirib qəbiləsinin gözü qabağında edam etdilər. Sonra hər
ikisinin cəsədini bazarın girəcəyinə, insanların gözü önünə asdılar.

Bundan sonra Muslimə kömək edən daha iki nəfəri də edam edib
həmin yerdən asdılar.1
Hicrətin 60-cı ilində tərviyə günü (zilhiccənin 8-i) Hüseyn öz
yaxınları və altmışa yaxın kufəli ilə Məkkədən yola düşdü. Onun
bu fikrindən xəbər tutan Amr ibn Səid ibn As vəziyyətin gərginlə-
şəcəyini başa düşüb öz adamlarını onun yanına göndərdi. Onlar
Hüseyni bu fikirdən daşınmağa çağırsalar da, Hüseyn onların de-
diklərini qəbul etmədi. Nəhayət, Hüseyn əhli-beyti ilə birgə İraqa
yollandı. Hüseyn Məkkədən çıxdıqdan sonra Mərvan ibn əl-Hə-
kəm ibn Ziyada məktub yazdı. Məktubda deyilirdi:
– Hüseyn ibn Əli sənin yanına gəlir. Biləsən, o, Fatimənin oğlu
Hüseyndir, Fatimə də Rəsulullahın  qızıdır. Vallahi ki, Hüseyn
bizim üçün hamıdan əzizdir. Bax, nəfsinə uyub elə iş tutmayasan ki,
camaat sənə tənə vursun və gələcək nəsillər bundan danışsın.
Vəssəlamu aleykum!2
Amr ibn Səid ibn As da öz məktubunda ibn Ziyada belə nəsi-
hət etmişdi:
– Hüseyn sənin yanına gəlir. Nəbadə onunla kobud rəftar
edəsən.3
Hüseyn yolda Zatu İrq deyilən bir yerdə Fərəzdəq adlı məşhur
şairə rast gəldi. Hüseyn ondan kufəlilərin barəsində soruşdu.
Fərəzdəq ona kufəlilərin sözlərinin üstündə duran adamlar
olmadıqlarını bildirdi. Hüseyn ona kufəlilərin yazdıqları məktubları
göstərəndə Fərəzdəq dedi: “Onlar səni qoyub qaçacaqlar. Getmə
ora! (Biləsən,) sən qəlbləri (zahirən) səninlə olan, əlləri isə sənin
əleyhinə qalxacaq bir tayfanın yanına gedirsən.”4
Hüseynin Kufəyə gəlişindən xəbər tutmuş ibn Ziyad onun
qarşısını almaq üçün tədbir görməyə başladı. Əvvəlcə öz
tərəfdarlarını bir yerə yığdı. Sonra onlara Hüseyni dəstəkləyən hər kəsi tutub onun yanına gətirməyi əmr etdi.

Belə etməklə ibn Ziyad
Hüseynin kufəlilərlə bütün əlaqələrini kəsmək niyyətində idi. 1
Biçarə Hüseynin bütün bunlardan xəbəri yox idi. Hüseyn Haciz
deyilən yerə gəlib çatdıqda kufəlilərə bir məktub yazdı və onu
Qeys ibn Səydavi ilə Kufəyə yolladı. Lakin Qeys Qadisiyyəyə gəlib
çatdıqda Huseyn ibn Təmim öz adamları ilə birgə onun qabağını
kəsdilər və onu tutub ibn Ziyadın yanına göndərdilər. O da dərhal
onu edam etdirdi.2 Sonra Hüseyn başqa bir adamını Muslimin
yanına göndərdi. İbn Ziyad onu da tutub öldürdü. Bədəvilər
Hüseynə xəbər verdilər ki, ibn Ziyadın əsgərləri heç kəsi Kufəyə
buraxmır və heç kəsə də Kufədən çıxmağa izn vermirlər. Nəhayət,
o, Muslim ibn Əqilin və Hani ibn Urvanın öldürüldüyündən,
üstəlik kufəlilərin ona xəyanət etdiklərindən xəbər tutduqda ətra-
fındakılara dedi: “Kim çıxıb getmək istəyirsə, qoy getsin”. Kufəli-
lər o saat dağılışıb getdilər, yanında qalanlar isə ona dedilər: “Səni
and veririk Allaha, qayıt geri. Kufədə heç kəs sənə kömək etmə-
yəcək, heç kəs səni dəstəkləməyəcək, əksinə, qorxuruq onlar sənin
əleyhinə çıxsınlar.”3
Hüseyn hələ yola düşmək istəyərkən bəzi səhabələr və yaxın-
ları ona Məkkədən çıxmamağı nəsihət etmişdilər:
İbn Ömər Hüseynin Məkkədən çıxdığını eşitdikdə ona yetişib
dedi: “Hara gedirsən?” Hüseyn: “İraqa”- deyə cavab verdi. İbn Ömər
dedi: “Getmə onların yanına!” Hüseyn: “Əlimdə onların beyət etdik-
lərinə dair məktubları var”- dedi. İbn Ömər dedi: “Allah Öz Peyğəm-
bərinə  axirət və dünya arasında seçim etməyi təklif etdi, o da
axirəti seçdi və dünyadan vaz keçdi. Sən də onun bir ciyərparəsi-
sən. Vallahi ki, sizlərdən heç kəs heç vaxt dünyanı qazana bilməz.
Allah sizə bundan daha xeyirlisini nəsib etmişdir. Geri dönün!”

Hüseyn qayıtmaq fikri olmadığını bildirəndə ibn Ömər onu qucaq-
layıb bağrına basdı və dedi: “Allah köməyin olsun, ey fədai!”1
İbn Ömər həmçinin demişdir: “Hüseyn bizi yendi. Axı, o,
atasına və qardaşına olan xəyanəti görmüşdü. Gərək heç yerə get-
məyəydi.”2
İbn Abbas Hüseynin Məkkədən çıxmaq istədiyini bildikdə
onun yanına gəlib dedi: “Ey əmim oğlu! Camaat sənin İraqa getmək
istədiyini danışır. De görüm, sən nə etmək istəyirsən?” Hüseyn
dedi: “Yaxın günlərdə biləcəksən, inşallah”. İbn Abbas ona dedi:
“Əgər dediyin adamlar əmirlərini yıxıb, düşmənləri qovub şəhərə
nəzarət edirlərsə, onların yanına gedə bilərsən. Yox əgər əmirləri
sağdırsa və şəhərə məhz onun adamları nəzarət edirlərsə, bil ki,
onlar səni fitnəyə çağırırlar. Qorxuram, onların hamısı sənin əley-
hinə çıxsın, səni çağıran adamlar ən qatı düşmənlərinə çevrilsin”.
Hüseyn dedi: “Mən istixarə3 edəcəyəm! Baxaq görək nə olur.” İbn
Abbas onun qəti qərara gəldiyini hiss etdi deyə, ertəsi gün yenə
onun yanına gəlib dedi: “Ey əmim oğlu, mən sənə səbirli olmağı
tövsiyə edirəm. Qorxuram, bu yolda həlak olasan. İraq əhli xain
adamlardır. Ehtiyatlı ol, səni aldatmasınlar. Onlar düşməni oradan
qovub çıxaranadək burada gözlə, onların yanına getmə. Gedirsən-
sə, Yəmənə get. Orada sənin atanın tərəfdarları var, get onların ya-
nına. Sonra kufəlilərə məktub yaz, adamlarını onların yanına gön-
dər” Hüseyn dedi: “Ey Əmim oğlu! Mən bilirəm ki, sən mənə sə-
mimi-qəlbdən nəsihət edirsən. Lakin mən artıq getmək qərarına
gəlmişəm”. İbn Abbas dedi: “Elə isə qadınları və uşaqları özünlə
aparma. Mən istəmirəm ki, Osman zövcələrinin və övladlarının
gözü önündə qətlə yetirildiyi kimi, sən də öz zövcələrinin və öv-
ladlarının gözü önündə qətlə yetiriləsən. Özündən başqa məbud
olmayan Allaha and olsun ki, əgər camaat bizə eyib tutmuş olmasaydı sənin saçından tutub səni heç yerə buraxmazdım.”

İbn
Abbasın dediklərindən belə nəticə çıxır ki, o, şəriət baxımından
Hüseynin Yezidə qarşı çıxmasının əleyhinə olmamışdır.2
Abdullah ibn Zubeyr ona demişdi: “Hara gedirsən? Sənin
atanı öldürən və qardaşına tənə vuran bir tayfanın yanınamı gedir-
sən?!”3
Əbu Səid əl-Xudri demişdir: “Hüseyn bizi yendi. Halbuki mən
ona demişdim: “Allahdan qorx, evində otur və təyin olunmuş əmirə
qarşı çıxma”.4
Abdullah ibn Amr ibn əl-As demişdir: “Hüseyn çox tələsdi.
Vallahi ki, onun belə bir iş tutacağından xəbərim olsaydı, bunun
qarşısını almaq üçün əlimdən gələni edərdim.”5
Muhəmməd ibn əl-Hənəfiyyə6 demişdir: “Qardaşım, sən mə-
nim üçün hamıdan əziz, hamıdan sevimli və hamıdan yaxınsan.
Sənə nəsihət etməyib, kimə nəsihət edəcəyəm?! Bir müddət Yezidə
beyət etmə, kənara çəkil. Sonra öz adamlarını müsəlmanların
yanına göndər və onları sənə beyət etməyə çağır. Əgər sənə beyət
etsələr, Allaha həmd-səna edərik, yox əgər başqasına beyət edər-
lərsə, bundan sənin nə dininə, nə ağlına, nə əxlaqına, nə də hör-
mətinə xələl dəyər. Qorxuram, sən elə bir camaatın yanına gedəsən
ki, onların bir qismi səni dəstəkləsin digərləri isə sənə qarşı çıxsın
və səni qətlə yetirsin...”7
Abdullah ibn Cəfər ibn Əbu Talib öz oğlanları Muhəmməd və
Aunla Hüseynə məktub göndərmişdi. Məktubda deyilirdi: “Səni and verirəm Allaha heç yerə getmə. Qorxuram, səni ailənlə birlikdə
qətlə yetirsinlər.”

Əbu Bəkr ibn Abdurrəhman ibn əl-Haris demişdir: “Mən
iraqlıların sənin atana və qardaşına nələr etdiyini görmüşəm. İndi
isə sən onların, o dünyasevərlərin yanına getmək istəyirsən?! Sənə
kömək edəcəklərinə söz verənlər sənə qarşı vuruşacaq, sənə xəya-
nət edəcəklər. Yaxşı-yaxşı fikirləş...”2
Abdullah ibn Muti Hüseynə demişdir: “Atam-anam sənə qur-
ban, getmə İraqa! Onlar səni öldürsələr, bizləri kölə edəcəklər.”3
Lakin imam Hüseyn düşünürdü ki, əməvilər Allahın hökmü
ilə hökm etməmiş, Peyğəmbərə  müxalif olmuş və raşidi xəlifə-
lərin yolundan kənara çıxmış, şura ilə deyil, varisliklə hakimiyyətə
gəlmişlər. Düşünürdü ki, bu işi həll etmək onun borcudur və o, bu
məsələdə susmamalı, haqqı deməlidir. Düşünürdü ki, kufəliləri
başına yığsa haqq-ədaləti bərqərar edəcək. Bütün bunlardan belə
nəticə çıxır ki, imam Hüseyn hakimiyyətə qarşı çıxmamış, əksinə,
buraxılan səhvləri düzəltmək istəmişdir. Allah da düz yolda
olanları və düzgünlüyə can atanları ucaltmış, onları dillər əzbəri
etmiş və onlara Cənnəti nəsib etmişdir, zalımları isə alçaldıb müsi-
bətlərə düçar etmişdir.
Hüseyn öz yaxınları ilə birlikdə gəlib Şərafa çatdıqda Hur ibn
Yezidin başçılıq etdiyi min atlı ilə qarşılaşdı. Hüseyn Hurdan geri
qayıtmağı xahiş etdi. Lakin Hur əmrə tabe olduğunu bildirdi və
onlara Kufəyə getməyi buyurdu. Hüseyn bundan imtina edib Şa-
ma üz tutdu. Hur onları müşayiət etdi və yolda Hüseynə döyüş-
məməyi nəsihət etdi.4
Onlar Kərbəlaya yetişdikdə Ömər ibn Sədin, Şimr ibn zil-
Cövşənin və Huseyn ibn Təmimin başçılıq etdiyi dörd minlik ordu ilə qarşılaşdılar. Əslində, bu ordu deyləmlərə 1 qarşı təchiz
edilmişdi, lakin sonradan ibn Ziyad Ömərə xəbər göndərib ordunu
Hüseynə qarşı çevirməyi əmr etmişdi. Əvvəlcə Ömər bundan imti-
na etmiş, lakin ibn Ziyad ona hədə-qorxu gəldikdən, evini yandı-
racağını, özünü də edam etdirəcəyini söylədikdən sonra Ömər əmrə
tabe olub onun buyruğunu yerinə yetirmişdi.2 Nəhayət, Hüseyn
Taf deyilən yerə çatdıqda Ömərin ordusu onları mühasirəyə aldı.
Hüseyn ordunun onlara xətər toxunduracağını hiss etdikdə onlara
üç şeydən birini seçməyi təklif etdi; ya onu Yezidin yanına apar-
sınlar, ya Məkkəyə qayıtmağa imkan versinlər, ya da müsəlmanla-
rın qaldığı istehkamlardan birində qərar tutsun.3 İbn Ziyad az
qalmışdı ki, Hüseynin bu təklifini qəbul edib onu Yezidin yanına
göndərsin, lakin Şimr ibn zil-Cövşən buna etirazını bildirib dedi:
“Xeyr! Gərək o, sənin hökmünü qəbul etsin.” Bu xəbər Hüseynə
çatdıqda o dedi: “Xeyr, vallahi, mən heç vaxt ibn Ziyadın hakimiy-
yətini qəbul edən deyiləm”. Sonra o, yanındakılara: “Siz azadsınız,
gedə bilərsiniz”- dedi, onlar isə ona Allah yolunda şəhid olanadək
vuruşacaqlarını bildirdilər. 4
(İbn Ziyadın sərkərdələrindən olan) Hur ibn Yezid Şimrin
etirazından xəbər tutduqda dedi: “Axı, niyə bunların təklifini qəbul
etmirsiniz?! Vallahi ki, əgər türklər və ya deyləmlər sizə belə bir
təklif etsəydilər, çarəsiz qalıb onu qəbul edərdiniz.” Onlar (Hurrun
sözlərinə) məhəl qoymayıb Hüseyndən ibn Ziyadın hakimiyyətinə
boyun əyməyi tələb etdilər. Onda Hur atını sürüb Hüseynin və
onun tərəfdarlarının yanına gəldi. Hamı onun onlarla vuruşa-
cağını güman edirdi. Lakin Hur onlara yaxınlaşdıqda qalxanını
tərsinə çevirib onlara salam verdi və əks hucuma keçib ibn Ziyadın adamları ilə döyüşməyə başladı. Hur onlardan iki nəfəri
öldürdükdən sonra özü də şəhid oldu. Allah ona rəhmət eləsin!1
Bu döyüşdə Hüseynin tərəfdarlarının hamısı onu müdafiə
edərək şəhid oldu. Allah onların hamısından razı olsun! Axırda
imam Hüseyn tək qaldı. (Bu yaşında) o çox şücaətlə vuruşurdu.
Lakin çoxluq ona qalib gəldi. Kufəlilərdən hər kəs istəyirdi ki, onu
başqa birisi qətlə yetirsin, heç kəs cürət edib Peyğəmbərin  nəvə-
sinə yaxınlaşmırdı. Nəhayət, Şimr bağırdı: “Vay sizin halınıza! Nə
gözləyirsiniz?!” Onda Sinan ibn Ənəs ən-Nəxəi əlindəki nizəni əv-
vəlcə Hüseynin boğazına, sonra da köksünə sancdı. Hüseyn yerə
yıxıldıqdan sonra onlar onu əhatəyə alıb qanına qəltan etdilər və
başını bədənindən ayırdılar. Sonra onun başını ibn Ziyada göndər-
dilər. Allah onların hamısının cəzasını versin!2
Onları hicrətin 61-ci ilində, aşura günü - Məhərrəm ayının 10-u
cümə günü qətlə yetirdilər. Hüseyn əleyhissəlam əlli altı yaşında
şəhid oldu. Hüseynlə birgə bu döyüşdə yetmiş iki nəfər də şəhid
oldu. Ömərin dəstəsindən isə səksən səkkiz nəfər öldürüldü.
Hüseyn şəhid olduqdan sonra Ömər ibn Səd onların qadınlarına
və uşaqlarına toxunmamağı, onlarla gözəl rəftar etməyi buyurdu
və onları ibn Ziyadın yanına göndərdi.3 İbn Ziyad da qadınlara və
uşaqlara yemək və geyim, üstəlik qalmağa yer verməyi əmr etdi.
Əlbəttə ki, bu, çox kədərli və üzücü bir hadisədir. Heç şüb-
həsiz ki, Hüseyni və onun tərəfdarlarını qətlə yetirənlərin hamısı
ziyana uğramış və Allahın qəzəbinə düçar olmuşlar. Hüseyn və
onunla birlikdə vuruşanlar isə şəhid olmuş, Allahın rəhmətinə
qovuşmuş və Onun razılığını qazanmışlar.4
Allah onlara rəhmət eləsin!

Bunlara baxa bilərsən

prev-arrow next-arrow
Peğəmbərin (səllallahu aleyhi və səlləm) vəsfi
Peğəmbərin (səllallahu aleyhi və səlləm) vəsfi
eye 360
heart 52
Peğəmbərin (səllallahu aleyhi və səlləm) vəsfi
Elm öyrənməzdən əvvəl ədəb-əxlaq öyrənmək
Elm öyrənməzdən əvvəl ədəb-əxlaq öyrənmək
eye 300
heart 45
Elm öyrənməzdən əvvəl ədəb-əxlaq öyrənmək
Namazda əlləri sinədə tutmaq
Namazda əlləri sinədə tutmaq
eye 311
heart 48
Namazda əlləri sinədə tutmaq
Yaramaz əməlin anası
Yaramaz əməlin anası
eye 236
heart 49
Yaramaz əməlin anası
Peyğəmbərlərə, siddiqqlərə və şəhidlərə yaxın olan tacirlər
Peyğəmbərlərə, siddiqqlərə və şəhidlərə yaxın olan tacirlər
eye 226
heart 62
Peyğəmbərlərə, siddiqqlərə və şəhidlərə yaxın olan tacirlər