1. İmam Buxarinin Səhihində rəvayət edilir ki, bir gün Peyğəmbər -səllallahu aleyhi və səlləm- səhabələrinin əhatəsində ikən, yerdə bir dördbucaq cızdı. Sonra onun ortasından xaricinə düz bir xətt çəkdi. Daha sonra dördbucağın içindəki həmin düz xəttin hər iki tərəfinə kəsik xətlər cızdı. Sonra da belə buyurdu: “Bu düz xətt insandır; bu dördbucaq, onu əhatəsinə almış əcəlidir; dödbucaqdan çölə çıxan bu xətt, onun arzularıdır; dördbucağın içindəki bu kəsik xətlər isə onun başına gələn müsibətlərdir. İnsan arzularla yaşadığı bir vaxtda, əcəli onu haqlayar.” Əcəlin gəlişi haqda ən-Nəhl surəsnin 61-ci ayəsində belə buyurulur: “Əgər Allah insanları etdikləri haqsızlıqlara görə dərhal cəzalandırsaydı, yer üzündə heç kəsi sağ qoymazdı. Lakin Allah onlara müəyyən vaxta qədər möhlət verir. Onların əcəlinin çatdığı an isə o, bircə saat belə nə yubanar, nə də vaxtından tez gələ bilər.” əl-Əhzab surəsinin 16-cı ayəsində də belə buyurulur: “De: “Əgər ölümdən qaçırsınızsa, bu qaçmağın sizə heç bir faydası olmaz. Siz sadəcə əcəliniz çatanadək bu fani dünyada az müddət gün-güzəran görəcəksiniz.” Hər iki ayədən aydın başa düşülür ki, hər kəsin alın yazısını yazan Allahdır və heç kəs əcəlinin nə zaman gələcəyini bilmir. Şəkildə gördüyünüz bu dördbucaq, insanın əcəlidir və bu əcəl hər an onu haqlaya bilər. Şəkildə göründüyü kimi, əcəl onu haqladıqda, arzuları ürəyində qalmış halda bu dünyadan köçür. Peyğəmbərin -səllallahu aleyhi və səlləm- : “İnsan arzularla yaşadığı bir vaxtda, əcəli onu haqlayar” sözündən aydın başa düşülür ki, dünyadan köçən hər kəsin ürəyində həyata keçirmədiyi arzuları olur. Kimisi övlad böyüdür, onun toyunu görməyi arzulayır, lakin görə bilmir; kimisi ev tikir, lakin içində yaşamaq ona qismət olmur; kimisi nişanlanır, lakin ailə qurmaq ona nəsib olmur, kimisi mal-dövlət yığır, lakin onu xərcləmək özünə qismət olmur, kimisi özünə maşın alır, lakin o, başqasına nəsib olur və s. yüzlərlə belə misallar çəkmək olar.
2. Nəinki sıravi insanların, hətta peyğəmbərlərin arzuları olub. Məsələn, Peyğəmbər -səllallahu aleyhi və səlləm- ömründə cəmi bir dəfə həcc edib və həccin Qiran növünü yerinə yetirib, yəni qurbanlıq qoyunu özü ilə gətirərək və ehramdan çıxmamaq şərti ilə həəcc ziyarətini yerinə yetirib, lakin sonra səhabələrinə deyir ki, əgər gələn həccə qədər həyatda qalsam, təməttu həccini edəcəm, yəni ümrədən sonra ehramdan çıxıb həcc günü bir daha ehrama girmək şərtilə, yəni daha rahat olanını etməyi təmənna edir. Həmçinin, İmam Muslimin rəvayət etdiyi hədisdə xəbər verilir ki, Peyğəmbər -səllallahu aleyhi və səlləm- ömrünün sonunda belə demişdir: “Əgər yaşasam, in şaa Allah, kitab əhlini ərəb yarımadasından çıxardacam, orada müsəlmanlardan başqasını saxlamayacağam.” Bu deyilənlərdən bizə aydın olur ki, insan daim arzularla və gələcək planlarla yaşayır. Hətta bu xüsusda ayrıca bir hədis rəvayət edilib. Həmin hədisdə Peyğəmbər -səllallahu aleyhi və səlləm- demişdir: “Yaşlı adamın qəlbi cavan olaraq hər zaman iki şeylə dolu olur: dünya sevgisi və arzularla.” İbrət alan adam üçün bu hədisin dərin mənası var. Demək, insan daim arzularla yaşayır. Əcəl onu haqladıqda isə arzuları ürəyində qalır. Lakin Allahın rəhmətindəndir ki, həyata keçirilməmiş hər bir arzuya görə, insana savab yazır. Yəni əgər yaxşı bir iş görməyə niyyət etsəniz, sonra da o işi görmək sizə qismət olmazsa, onun savabı sizə yazılacaq. Bu xüsusda Peyğəmbər -səllallahu aleyhi və səlləm- belə demişdir: “Kim bir savab iş görməyə niyyət etsə, sonra buna əməl etməzsə, Allah onun üçün Öz yanında tam bir savab yazar.” Həmçinin də, bunun əksi, günah bir işi görməyə niyyət etsəniz, hətta o işi görmək sizə qismət olmasa belə, onun günahı sizə yazılacaq. Bu xüsusda da Peyğəmbər -səllallahu aleyhi və səlləm- belə buyurmuşdur: “İki müsəlman, qılınclarını çəkib üz-üzə gələrsə, öldürən də, öldürülən də, cəhənnəmlik olar.” Səhabələr dedilər: “Ya Rəsulullah! Öldürən adam aydındır. Bəs öldürülən adam niyə, Cəhənnəmlik olur?” Peyğəmbər -səllallahu aleyhi və səlləm- dedi: “Çünki o, müsəlman qardaşı- nı öldürmək arzusunda idi.” Odur ki, qardaşlar, arzularınıza diqqət edin. Daim gözəl arzularla yaşayın ki, arzularınıza görə savab qazanasınız. İnsan həmişə arzularla yaşayır. Filan işi görəcəm, filan işi görəcəm, deyə düşünür, lakin əcəl onu haqladıqda, bütün arzuları ürəyində qalır. Və bu, qaçılmazdı. Hər kəs yəqin bilir ki, gec-tez öləcək. Lakin bəziləri ölməmək üçün istehkamlarda gizlənir ki, əcəldən yaxa qurtara bilsin. Halbuki əcəli gəldikdə istehkam onun qarşısını ala bilmir.
3. Hansı bir həkimdən soruşsanız ki, xəstənin əcəli kimin əlindədir? yaxud, onun yaşayıb-yaşamayacağına kim qəti qərar verə bilər? Və ya: həkim istədiyi
xəstəni həyatda saxlaya bilərmi? Hamısının cavabı eyni olacaq. Deyəcəklər ki, onun həyatı bizim əlimizdə deyil, biz sadəcə vasitəyik. Bir dəfə
mən həkim dostlarımdan birinə bu sualı verdim, dedi ki: “Biz uzun illərdir bu sahədə çalışırıq. Bəzən həkimlər xəstəni müayinə etdikdən sonra
əminliklə onun həyatda qalacağını deyir, xəstənin yaxınları da o xəstənin
gözəl şəraitdə müalicə alması və ən keyfiyyətli dərmanları qəbul etməsi
üçün küllü miqdarda pul xərcləyir, lakin az müddətdən sonra o xəstə
dünyasını dəyişir. Həkimlərin arzuları boşa çıxır, sonunda yenə Allahın
dediyi olur. Bəzən də həkimlər xəstəni müayinə etdikdən sonra qətuyyətlə onun öləcəyini, hətta bəziləri cürət edib onun neçə ay və ya neçə
gün yaşayacağını bildirir, xəstənin yaxınları da artıq onun nə zaman
öləcəyini gözləyir, lakin bir müddətdən sonra həmin xəstə Allahın istəyi
iləsağalır və əcəli yetişənədək uzun illər həyatda qalır. Budur, Allahın
gücü və qüdrəti. Demək, dünyanın bütün həkimləri bir yerə yığışıb konsilium keçirsə və xəstənin həyatda qalması üçün əlindən gələni etsə belə,
Allah istəməyincə onu həyatda saxlaya bilməz. Bu xüsusda Peyğəmbər -səllallahu aleyhi və səlləm-
belə buyurmuşdur: “Bil ki, insanların hamısı bir yerı toplaşıb sənə bir
xeyir vermək istəsələr, Allahın yazdığından artıq heç nə edə bilməzlər.”
Demək, əcəldən qaçıb qurtulmaq mümkün deyil. Bu xüsusda Quranda
belə xəbərdarlıq edilir:
“Harada olursunuzsa olun, ölüm sizi haqlayacaq. Hətta əlçatmaz
qalalarda olsanız belə.”
Digər bir ayədəd deyilir: “Onlar elə güman edirdilər ki, qalaları
onları Allahdan qoruyacaq. Allah isə onları gözləmədikləri yerdən haqlayıb qəlblərinə qorxu saldı.”
Başqa bir ayədə deyilir: “Siz hər təpədə hündür qalalar tikirsiniz?!
Sanki əbədi qalacaqsınız deyə bu qalaları tikirsiniz?!”
Yenə bir ayədə belə buyurulur: “De: “Qaçdığınız ölüm sizi mütləq
haqlayacaq. Sonra siz qeybi və aşkarı bilən Allahın hüzuruna gətiriləcəksiniz. O da sizə etdiyiniz əməllər barədə xəbər verəcək.”
Bu ayələrdən bizə aydın olur ki, əcəlimiz gəldiyi zaman heç kəs
onun qarşısını ala bilməyəcək.
4. Sonda, hamımızın adından Peyğəmbərin -səllallahu aleyhi və səlləm- bizə öyrətdiyi dua ilə
Allaha yalvarıb deyirik:
“Allahım, bizə Öz tərəfindən elə bir təqva bəxş et ki, o, bizimlə
günahlar arasına sədd çəksin; Sənə itaət etmək üçün bizə elə bir qüdrət
bəxş et ki, o, bizi Sənin Cənnətinə quvuşdursun; və bizə elə bir yəqinlik
bəxş ki, o, dünyadakı müsibətlərə səbir etməyi bizim üçün asanlaşdırsın!
Üstəlik, bizi yaşatdıqca, qulağımızdan, gözümüzdən və gücümüzdən
səmərəli istifadə etməyi bizə nəsib et və bunların hamısını bizim üçün,
qoyub gedəcəyimiz miras et! Bizə zülm edən kimsədən intiqam almağımız, habelə, bizimlə düşmənçilik edən kimsəyə qalib gəlməyimiz üçün
bizə yardım et! Bizə göndərəcəyin müsibəti dinimizə aid etmə! Dünya
malını da, bizim ən böyük arzumuz və ən ali qayəmiz etmə! Habelə, bizə
rəhm etməyən kimsələri bizim üzərimizdə hökmran etmə!”