nav-icon

1. Müsəlman tacirə yaraşmayan yaramaz xislətlərdən biri də insanları aldatmasıdır. Bu xüsusda Quranda belə buyurulur: “Çəkidə və ölçüdə aldadanların vay halına! O kəslər ki, camaatdan bir şey aldıqda onu tam almaq istəyər, onlar üçün bir şey ölçdükdə və ya çəkdikdə isə onları ziyana salarlar.” (“əl- Mutaffifin” surəsi, 1-3) “Ölçdükdə ölçüyə tam riayət edin, çəkdikdə düzgün tərəzi ilə çəkin. Bu, daha xeyirli və nəticə baxımından daha yaxşıdır.” (“əl-İsra” surəsi, 35) “Ölçüyə tam riayət edin və əksik ölçənlərdən olmayın.” (“əş-Şuəra” surəsi, 181) Səhih hədisdə xəbər verilir ki, bir gün Peyğəmbər -səllallahu aleyhi və səlləm- bazarda bir ərzaq topası görüb əlini onun içinə saldı. Barmaqları yaş bir şeyə dəydikdə, o: “Bu nədir, ey mal yiyəsi?”– deyə soruşdu. Mal sahibi: “Ona yağış dəyib, ya Rəsulullah!”– deyə cavab verdikdə, Peyğəmbər -səllallahu aleyhi və səlləm- dedi: “Bəs nə üçün onu üstə qoymursan ki, insanlar onu görə bilsin?! İnsanları aldadan məndən deyil.” (“Səhih Muslim”, 284) Başqa bir hədisdə Peyğəmbər -səllallahu aleyhi və səlləm- demişdir: “Bizi aldadan bizdən deyil. Hiylə qurmaq və kələk gəlmək adamı Cəhənnəmə giriftar edər.” (Təbərani, “Mocəmul-Kəbir”, 8/476; “Səhih Tərğib vət-Tərhib”, 1768) Bu ayələr və hədislər ticarətdə insanları aldatmağın böyük günah olduğuna dəlalət edir. Hədisdə “bizdən deyil” deyildikdə, belə tacirin imanının zəif olması və onun böyük günah qazanması qəsd edilir. Belə ki, insanları aldadan tacir Peyğəmbərin -səllallahu aleyhi və səlləm- yolunu tutub gedən müsəlmanlardan sayıla bilməz. Bu məsələdə, yəni “bizdən deyil” sözünün izahında diqqətli olmaq gərəkdir. Ticarətdə insanları aldatmaq, bu günahı edən müəlmanı İslamdan çıxarmır. Bir çox alimlər Peyğəmbərin -səllallahu aleyhi və səlləm- : “Bizdən deyil” sözünü “bizim tayımız deyil” və ya “bizim xeyirlimiz deyil” kimi izah edənlərin bu izahını inkar etmiş və: “Bu, murciələrin izahıdır”– demişlər.

2. Onların batil izahına görə bu, o deməkdir ki, əgər adam bu böyük günahı etməsə, Peyğəmbər -səllallahu aleyhi və səlləm- kimi ola bilər. Həmçinin, xəvariclərin və motəzililərin: “Bu günahı edən kimsə İslamdan birdəfəlik çıxır və əbədi Cəhənnəmlik olur” izahı da batil izahdır. (“İman əl-Ovsat”, səh: 34) Ticarətdə hiylə qurmaq möminə yaraşan sifətlərdən deyil. Bu xüsusda, Peyğəmbər -səllallahu aleyhi və səlləm- demişdir: “Mömin adam safürəkli və alicənab, fasiq adam isə hiyləgər və alçaq bir kimsədir.” (“Sunən Əbu Davud”, 4790; “Sunən ət-Tirmizi”, 1/356; “Silsilə əl- Əhadis əs-Səhihə”, 935) Bu yaramaz xislət, dünyapərəst, tamahkar və paxıl adamlara xas olan sifətlərdəndir. Belə fasiqlərin məqsədi ancaq dünya malı qazanmaq və nəyin bahasına olursa olsun, nəfsinin istəklərinə nail olmaqdır. Yenə bir hədisdə Peyğəmbər -səllallahu aleyhi və səlləm- belə buyurmuşdur: “Bir-birinizə kələk gəlmək məqsədilə malın qiymətini qaldırmayın.” (“Səhih əl-Buxari”, 6066; “Səhih Muslim”, 3563) Yəni müştəriyə zərər vermək, yaxud mal satan adama xeyir vermək və ya hər ikisini etmək məqsədilə malın qiymətini qaldırmaq. Məsələn: adam bazarda öz malını satır, yanındakı dostu isə o malı almaq istəyən müştərinin yanında həmin mala daha çox pul təklif edir, məqsədi də o malı almaq yox, sadəcə malın qiymətini qaldırmaq və dostunun qazancını artırmaq olur. Beləliklə də, o, satıcı ilə əlbir olub müştəriyə zərər yetirmiş olur. Yaxud müştəri ilə arasında olan ədavətə görə mala daha çox pul təklif edir ki, onu ziyana salsın. Və ya mala daha çox pul təklif etməklə özündə olan eyni malın qiymətini qaldırmaq istəyir. Ya da malın qiymətini qaldırmaqda məqsədi bu olur ki, insanlar onun barəsində: “Filankəs malının qiymətini qaldırır, filankəs sərvət sahibidir, əsl tacirdir”– desinlər.” (“Şərhul-Mumti alə Zadil-Mustəqnə”, 8/299) Bu yaramaz xislətlər barədə Quranda belə buyurulur: “Münafiqlər Allahı və iman gətirənləri aldatmağa çalışırlar. Halbuki, yalnız özlərini aldadır və bunu anlamırlar.” (“əl- Bəqərə” surəsi, 9) “Günahkarlar, qurduqları hiylələrə görə Allahın hüzurun- da rəzil olacaq və şiddətli əzab çəkəcəklər.” (“əl-Ənam” surəsi, 124)

Bunlara baxa bilərsən

prev-arrow next-arrow
Peğəmbərin (səllallahu aleyhi və səlləm) vəsfi
Peğəmbərin (səllallahu aleyhi və səlləm) vəsfi
eye 447
heart 52
Peğəmbərin (səllallahu aleyhi və səlləm) vəsfi
Elm öyrənməzdən əvvəl ədəb-əxlaq öyrənmək
Elm öyrənməzdən əvvəl ədəb-əxlaq öyrənmək
eye 380
heart 45
Elm öyrənməzdən əvvəl ədəb-əxlaq öyrənmək
Namazda əlləri sinədə tutmaq
Namazda əlləri sinədə tutmaq
eye 386
heart 48
Namazda əlləri sinədə tutmaq
Kərbəla faciəsi
Kərbəla faciəsi
eye 309
heart 54
Kərbəla faciəsi
Yaramaz əməlin anası
Yaramaz əməlin anası
eye 286
heart 49
Yaramaz əməlin anası